![]() Haqqımızda
Biznes İnkişaf E-Mərkəzi (BEM) 2009-cu ildə Azərbaycanda böyük neft və qaz layihələrini dəstəkləmək və yerli müəssisələrin uğulu inkişafına kömək etmək üçün 2009-cu ildə BP tərəfindən onun tərəfdaşları adından yaradılmışdır. Mərkəz, BP tərəfindən 2002-2008-ci illərdə idarə edilmiş Biznes İnkişaf Mərkəzinin uğurlu təcrübəsinin davamçısı olmaqla, Azərbaycanın neft və qaz sektorunda yerli müəssisələrin inkişafına kömək etməklə növbəti qabaqcıl mərhələni əks etdirir. Məqsədimiz beynəlxalq neft və qaz şirkətləri tərəfindən təklif edilən biliklər və imkanlar əsasında Azərbaycanın iqtisadi inkişafına öz töhvəmizi verməkdir. Bu internet portalı vasitəsilə biz Azərbaycan şirkətlərinə regionun neft və həmçinin qeyri-neft sektorunda iş təklifləri əldə edə bilmələri üçün məsləhət və texniki dəstək paketini təqdim edirik. |

