Əgər siz yerli şirkətsinizsə və BP ilə işgüzar fəaliyyətdə maraqlısınızsa, aşağıdakı mərhələlərə riayət edin:
 
1. BP-nin fəaliyyət göstərdiyi biznes sektorları, həmçinin BP-nin hansı tələblər əsasında xidmətlər və məhsulları tədarük etməsi haqqında məlumat almaq üçün ya BP Azərbaycan Yerli Resurslar üzrə Qrup, ya da Sahibkarlığın İnkişafı və Təlim Proqramı (MİTP) ilə əlaqə saxlayın.

BP Azərbaycan Yerli Resurslar Qrupunun əlaqə məlumatları:

Cəmilə Qasımova
Telefon: (994 12) 497 9000

SİTP üçün əlaqə məlumatları:

Telefon: 012 598 4454
Faks: 012 498 5637
 
2. SİTP şirkətinizin çatışmazlıqlar üzrə təhlilini aparacaq və şirkətin BP-nin tələblərinə cavab verə bilməsinə kömək edəcək inkişaf imkanları haqqında sizə məsləhət verəcək.
 
3. SİTP tərəfindən həyata keçirilən inkişaf prosesində uğurlu iştirakdan sonra, şirkətiniz BP-nin Texniki Zəmanət prosesinə cəlb ediləcək və müvafiq profillərdə BP-nin mütəxəssisləri tərəfindən təftiş ediləcək.
 
4. BP-nin keyfiyyət üzrə təftişini müvəffəqiyyətlə keçdikdən sonra, şirkətiniz uyğun təchizatçıların siyahısına daxil ediləcək. Bu siyahı, tələb olunan xidmətlər / məhsulları yerinə yetirmək qabiliyyətinə malik olan və beynəlxalq standartları və BP-nin tələblərini təmin edən şirkətlərdən ibarətdir. 
 
5. Şirkətiniz BP tərəfindən elan edilən tenderə dəvət edildikdə, siz tender prosesi ərzində BP tərəfindən təmin edilən bütün təlimatlara uyğun olaraq təklifinizi BP-yə təqdim etməlisiniz. Bu təlimatlara riayət edə bilmədikdə, şirkətiniz növbəti mərhələyə - təkliflərin (ərizələrin) qiymətləndirilməsi mərhələsinə keçməkdən məhrum ediləcək.